Böyük Britaniya bu gün Rusiyaya qarşı mayeləşdirilmiş təbii qaz (LNG) daşıyıcılarını da əhatə edən yeni sanksiyalar paketini elan edəcək.
Musavat.com xəbər verir ki, bu, Böyük Britaniya Baş naziri Keyr Starmerin ofisinin Fransanın Evian şəhərində başlayan G7 görüşü ilə üst-üstə düşən açıqlamasında yer alıb.
Ofisin məlumatına görə, Böyük Britaniyanın qara siyahılarında Rusiya ilə əlaqəli olan gəmilərin sayı 600-ü keçəcək.
Böyük Britaniya həmçinin bu gün Rusiya ordusu üçün Qərb texnologiyalarının alınmasında iştirak edən şirkətlərə qarşı sanksiyalar tətbiq edəcəyinə və Moskvaya maliyyə xidmətləri göstərən müəyyən üçüncü ölkə təchizatçılarına təzyiqi artıracağına söz verib.
Comments are closed.