Paşinyandan Putinin onu təbrik etməməsinə REAKSİYA

 

Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidentinin hələlik onu seçkilərdəki qələbə münasibətilə təbrik etməməsi ilə bağlı jurnalistlərin sualını cavablandırıb.

Musavat.com xəbər verir ki, hökumət başçısı Moskvadan rəsmi reaksiyanın gecikməsinə ironiya ilə yanaşıb.

“Putin hələ təbrik etməyib? Ümid edək ki, təbrik edəcək”, – deyə Paşinyan mövzu ilə bağlı suala qısa cavab verib.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Moskva ölkə rəhbərliyi adından təbrik göndərməzdən əvvəl Ermənistandakı seçkilərin rəsmi nəticələrinin açıqlanmasını gözləməyə üstünlük verir.

O həmçinin qeyd edib ki, Moskva səsvermə zamanı baş vermiş mümkün pozuntular barədə xəbərləri qeydə alır.

Kreml yekun nəticələrin yoxlanılmasının vacibliyini vurğulayaraq, ehtimal olunan təbrik məktubunun vaxtı barədə dəqiq məlumat vermir.

Comments are closed.

Tərcümə »