Rusiya hökuməti Ermənistanın iqtisadi platformasını seçməsi üçün referendum keçirilməsini zəruri hesab edir.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk bəyanatla çıxış edib.
Onun sözlərinə görə, İrəvanın qısa müddətdə referendum keçirərək Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalmaq və ya Avropa İttifaqına (Aİ) qoşulmaq istədiyini dəqiqləşdirməsi daha yaxşı olardı.
“Ermənistanda mümkün qədər tez bir zamanda referendum keçirmək və Avrasiya İqtisadi Birliyində qalmaq, yoxsa Avropa Birliyinə qoşulmaq istəyib-istəmədiklərinə qərar vermək daha yaxşı ola bilər”, – deyə Overçuk vurğulayıb.
Comments are closed.