Ora yaxınlaşanı məhv edəcəyik – Tramp

ABŞ ordusu İranda zənginləşdirilmiş uran ehtiyatlarına yaxınlaşan hər kəsi məhv edəcək.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalist Şeril Atkinsonla müsahibəsində deyib. O, həmçinin qeyd edib ki, gec-tez ABŞ bu resursları ələ keçirəcək: “Biz bu ərazini yaxından izləyirik. Əgər kimsə ona yaxınlaşsa, biz bundan dərhal xəbər tutub onları məhv edəcəyik”.

Mayın 5-də ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Tehran mülki nüvə enerjisi istəsə belə, onun uran zənginləşdirmə proqramına ehtiyacı yoxdur.

Onun sözlərinə görə, dünyada oxşar proqramları olan, lakin zənginləşdirməyən, əksinə, zənginləşdirilmiş material idxal edən bir çox ölkə var.

Comments are closed.

Tərcümə »