Rusiyanın MDB ölkələri, xaricdə yaşayan həmvətənlərlə iş üzrə Federal Agentliyinin (Rossotrudniçestvo) rəhbəri Yevgeni Primakov Azərbaycanın sabiq Səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyevanı vəzifəsindən azad edib.
Qaynarinfo-nun məlumatına görə, Nərmin Şirəliyeva “Rossotrudniçestvo” rəhbərinin müşaviri vəzifəsindən azad olunub.
Qeyd edək ki, Nərmin Şirəliyeva bundan əvvəl Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri vəzifəsində çalışıb.
Xatırladaq ki, Yevgeni Primakov Rusiyanın tanınmış dövlət xadimi, 90-cı illərdə ayrı-ayrı vaxtlarda Baş nazir, Xarici İşlər naziri və Xarici Kəşfiyyat Xidmətinin rəisi işləmiş Yevgeni Primakovun nəvəsidir. O, ötən ilin iyun ayında Rusiya Prezidenti Vladimir Putin müvafiq fərmanı ilə “Rossotrudniçestvo”nun rəhbəri təyin edilib.