Ermənistan Parlamentinin sədri Alen Simonyan Rusiyaya rəsmi səfər edəcək.
Musavat.com xəbər verir ki, o, bu barədə parlament brifinqində bildirib.
“Tarix hələ müəyyən edilməyib, lakin Valentina Matviyenkonun (Rusiya Federasiyası Dövlət Dumasının spikeri) cavab səfəri üçün dəvəti var”, – deyə o qeyd edib.
Mövcud məlumata görə, səfər çərçivəsində iki ölkə arasında parlamentlərarası əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlərin, eləcə də mövcud siyasi və iqtisadi məsələlərin müzakirəsi gözlənilir.
Comments are closed.