“Milli Şura”nın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli Türkiyədə saxlanılmasını və barəsində G-82 məhdudiyyət kodunun tətbiq edilməsini az qala ümumbəşəri faciə kimi təqdim etməkdən ötrü hər vasitəyə əl atır. Onun məsələsinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) gündəminə çıxarılması və Türkiyənin millət vəkillərindən birinin məsələ ilə bağlı Daxili İşlər naziri Ali Yerlikayaya geniş yazılı sorğu ünvanlaması da G.Hacıbəylinin özünün polis əməkdaşları tərəfindən İstanbuldakı Arnavutköy Deportasiya Mərkəzinə aparılmasını “Azərbaycan müxalifətinə qarşı təzyiqlər fonunda” atılan addımlar kimi dəyərləndirməsinin nəticəsidir.
DEM Partiyasının Kocaeli millət vəkili Ömər Faruk Gergerlioğlunun Daxili İşlər Nazirliyinə (DİN) sözügedən müraciəti onu göstərir ki,
Gültəkin Hacıbəyli qardaş Türkiyədə də məhz özü kimi siyasi parazitlərlə ünsiyyət qurmağa, əməkdaşlıq etməyə üstünlük verib. Bu mənada PKK-nın dəstəkçilərindən biri kimi tanınan Ömər Faruk Gergerlioğlunun Gültəkini mudafiə etməsində təəccüblü heçnə yoxdur. Ömər Farukun kim olduğunu hər kəs yaxsı bilir və onun bu məsələni TBMM-ə daşımaq, DİN-ə sorğu göndərmək cəhdləri bu ikilinin kirli işbirliyinin təsdiqidir. Yeri gəlmişkən, Ömər Faruk Gergerlioglu vaxtilə PKK terror təşkilatına təbliğat və yardıma görə həbsdə olub. Bu faktın özü artıq hər şeyi deyir.
Ona görə də Gültəkin Hacıbəyliyə Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən G-82 maddəsinin tətbiq olunmasının səbəbi də tamamilə başa düşüləndir. Türkiyə qanunvericiliyində xarici terrorçular üçün nəzərdə tutulan G-82 maddəsi tətbiq olunur. Bu da onun Azərbaycana deportasiya edilməsi üçün əsas verir. Gültəkin Hacıbəylinin bu qərara siyasi don geyindirmək cəhdləri yersizdir. Onun İstanbul Deportasiya Mərkəzinə aparılması Türkiyə və Azərbaycanın təhlükəsizlik sahəsində əməkdaşlığı çərçivəsində həyata keçirilib. Burada hər hansı hüquq pozuntusundan söhbət gedə bilməz. Gültəkin Hacıbəylinin sosial media üzərindən emosional paylaşımlar edərək hüquqlarının pozulduğunu iddia etməsi absurddur.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.