“Qarabağ” növbəti mövsüm birbaşa Çempionlar Liqasına qatıla bilər

“Qarabağ” növbəti mövsüm Çempionlar Liqasında iştirak edə bilər.

İctimai Rəy bu barədə offsideplus.az-a istinadla xəbər verir.

Bu yol çətin olsa da, mümkündür.

Çempionlar Liqasının Liqa mərhələsinə UEFA reytinqində ilk 10-da yer alan ölkələrin çempionları birbaşa qatılır.

10-cu pillədən sonra yer alan ölkələrin komandaları isə çempionlar yolundan gəlməyi çalışır.

Lakin hər il bu komandalardan biri birbaşa ÇL-na vəsiqə qazana bilər. Onlar ən yüksək reytinqə malik olan olur.

O komanda ilk növbədə öz ölkəsinin çempionu olmalıdır, daha sonra isə ən yüksək reytinqə malik olmalıdır.

Dünən “Budyo Qlimt”in çempionluğu qazana bilməməyindən sonra “Qarabağ” bu siyahıda 9-cu yerə yüksəlib.

Siyahıya liderlik edən “Reyncers” hazırda Şotlandiya çempionatında lider “Harts”dan 9 xal geridə qalır. Onların da bu siyahıdan silinmək ehtimalı az deyil.

Həmin siyahını təqdim edirik:

Comments are closed.

Tərcümə »