Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı dövlət sərhədində Ermənistanın törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçuların yaxınlarına başsağlığı verib.
Bu barədə səfir “Twitter” hesabında paylaşım edib.
“Daha 7 qardaşımız vətən uğrunda şəhid olub. Ailələrinə, döyüş yoldaşlarına və qardaş Azərbaycana başsağlığı verir, səbr diləyirik. Başımız sağ olsun”, – paylaşımda deyilir.
İctimairey.az