Sabirabadda baş verən qəzada 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Hadisə Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb.
Avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, beş nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.
Sabirabadda yol qəzasında ölənlərin sayı 2-ə çatıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza zamanı 1957-ci il təvəllüdlü Güdəcühür sakini Əliyev Rəhim Əlisa oğlu ilə yanaşı, onun nəvəsi 2019-cu il təvəllüdlü Əlizadə Nilay Rahib qızı da ölüb.
Faktla bağlı araşdırma aparılır. /Apa
Comments are closed.