“Qarabağ” “Ferensvaroş” matçını bu hakim idarə edəcək – FOTO

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununun hakimləri müəyyənləşib.

İctimai Rəy AZƏRTAC-a istinadən bildirir ki, Macarıstanın “Ferensvaroş” klubu ilə keçiriləcək ev görüşünə Fransadan olan ədalət təmsilçiləri təyinat alıblar.

Qarşılaşmanı Kleman Türpen idarə edəcək. Baş hakimin köməkçiləri Nikolya Danos və Aleksik Orjie olacaqlar. Dördüncü hakim funksiyasını Romen Lisoj yerinə yetirəcək. VAR-da Jerom Brisar, AVAR-da Nikola Renvil olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Ferensvaroş” oyunu avqustun 27-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək. İlk matçda Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.

Comments are closed.

Tərcümə »