2025-2026-cı tədris ilindən ümumi təhsil müəssisələrinin tədris dilindən asılı olmayaraq VI siniflərdə də “Azərbaycan tarixi” fənni dövlət dilində – Azərbaycan dilində tədris olunacaq.
İctimai Rəy xəbər verir ki, bu, yeni təsdiqlənən ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün tədris planında əks olunub.
Qeyd edək ki, Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi istifadəsi, tətbiqi imkanlarının genişləndirilməsi, digər dillərdə təhsil alanların dövlət dili kimi Azərbaycan dilinə, tarixinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədilə 2022-2023-cü tədris ilində 20 ümumi təhsil müəssisəsinin tədris digər dillərdə olan V siniflərində “Azərbaycan tarixi” fənninin Azərbaycan dilində tədrisi həyata keçirilib. Tədris ilinin sonunda həmin 20 məktəbin pilot nəticələri təhlil edilib və ümumi nəticələr qənaətbəxş hesab edildiyindən 2023-2024-cü tədris ili üçün ümumi təhsil müəssisələrinin əhatə dairəsi genişləndirilərək 100 ümumi təhsil müəssisəsində, 2024-2025-ci tədris ilindən ölkədə bütün V siniflərdə Azərbaycan tarixi fənni Azərbaycan dilində tədris edilib. Ümumilikdə, tədris prosesi qənaətbəxş hesab edilib.
Comments are closed.