Avqustun 25-dən 28-dək Qubada 12 yaşadək futbolçular arasında keçiriləcək II “Ulduz Cup” beynəlxalq futbol turnirində iştirak edəcək komandalar müəyyənləşib.
İctimai Rəy xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq turnirdə Azərbaycanı “Ulduz”, “Qarabağ”, “Sabah” və “Neftçi”, Türkiyəni “Trabzonspor məktəb” və “Başakşehir”, Gürcüstanı “Dinamo” (Tiflis), Özbəkistanı “Paxtakor” və “Bunyodkor”, Qırğızıstanı “Sduşorsi”, Qətəri “Aspire Akademiyası”, Qazaxıstanı isə “Şaxtyor” təmsil edəcək.
Turnir Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının təşkilatçılığı ilə baş tutacaq.
Comments are closed.