Gəncədə tikinti-bərpa işləri aparılan ərazidə quraşdırılan dəmir konstruksiyanın aşması nəticəsində biri azyaşlı olmaqla, üç nəfər xəsarət alıb.
İctimai Rəy “Teleqraf”a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Bildirilir ki, binaların üzlüyünün yenilənməsi üçün quraşdırılmış dəmir konstruksiya qəflətən aşaraq insanların üzərinə düşüb.
İlkin ehtimallara görə, xəsarət alan şəxslər həmin ərazidən keçirmişlər.
Hadisə ilə bağlı araşdırma davam edir.
Comments are closed.