Son günlər mətbuatda Bakı ilə İrəvan arasında sülh sazişi imzalanmazdan əvvəl Qərbi Azərbaycanla bağlı qurumların, o cümlədən Qərbi Azərbaycan İcmasının buraxılacağı və bu istiqamətdə hazırlıq işlərinin aparıldığı barədə xəbərlər yayılıb.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli açıqlamasında bu məlumatları təkzib edib.
“Bu, tamamilə saxta xəbərdir. Bu kimi məlumatlar Ermənistandan qaynaqlanır. Qərbi Azərbaycan İcması bu mövzu ilə bağlı bəyanatla çıxış edəcək”,-deyə Əziz Ələkbərli bildirib. \\musavat\\
Comments are closed.