Lənkəranda azyaşlını maşın vurub.
Hadisə səhər saatlarında Lənkəran şəhərinin 20 Yanvar küçəsində qeydə alınıb.
Hərəkətdə olan “QAZ-3110” markalı nəqliyyat vasitəsi yolu əks istiqamətə keçmək istəyən 2019-cu il təvəllüdlü A.İsmayılzadəni vurub.
Azyaşlı Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.//APA
Comments are closed.