İsmayıllıda avtomobil qəzası baş verib.
APA-nın Şirvan bürosunun məlumatına görə, İsmayıllı rayonunun Istisu-Qalacıq kəndlərinə gedən yolda qəza baş verib.
İlkin məlumata görə, “Mercedes” markalı avtomobil körpüdən aşıb.
Hadisə nəticəsində 3 nəfər agır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Onların vəziyyətinin ağır olduğu bildirilir.
Comments are closed.