Çin maşınlarında casus proqramı var: İsrail qadağan etdi – Bu markalardır

İsrail Müdafiə Ordusu ölkə üzrə bütün hərbi bazalara Çin istehsalı avtomobillərin girişini tam qadağan edib.

İctimairey.az Musavat.com-a istinadən xəbər verir ki, qərarın səbəbi – bu nəqliyyat vasitələrinin kəşfiyyat məqsədilə istifadə olunması təhlükəsidir.

Rəsmi məlumatlara görə, söhbət avtomobillərdə quraşdırılmış kameralar, mikrofonlar, GPS modulları və modemdən gedir. Bu texnologiyalar vasitəsilə çox həssas məlumatların Çin kəşfiyyatına ötürülə biləcəyi ehtimal olunur.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, müasir avtomobillərdəki bu funksiyalar, hər nə qədər rahatlıq və texnoloji üstünlük kimi təqdim edilsə də, əgər düşmən qüvvələr tərəfindən məsafədən idarə olunarsa, casusluq üçün təhlükəli vasitəyə çevrilə bilər.

Qərarın xüsusilə Çin markası olan “Xpeng”, “BYD”, “Nio” və “Geely” kimi maşınlara şamil olunduğu bildirilir.

İsrail ordusu bu addımla kritik məlumat sızmalarının və strateji təhlükələrin qarşısını almağı hədəfləyir.

Comments are closed.

Tərcümə »