Azərbaycan cari mövsüm avrokuboklarda mübarizəyə 4 komanda ilə başlamışdı.
“Qarabağ”dan sonra “Sabah” və “Araz-Naxçıvan” da mərhələ adlamağı bacarıb. Yalnız “Zirə” mübarizəni dayandırıb.
Bu ölkəmizin uefa reytinqinə də təsir edib.
Azərbaycan bu həftə Rusiyanı geridə qoyub və 28-ci yerə yüksəlib. Aktivimizdə 18.850 xal var. Bizdən bir pillə öndə olan Ukrayna 19.225 xala malikdir.
Bu mövsüm uğurlu çıxış etsək, sıralamada irəlimə şansısa malikik – 26. Sloveniya (19.593), 25,24. Slovakiya və Rumıniya (20.875).
Qeyd edək ki, “Qarabağ” növbəti turda “Şkendiya” (Makedoniya), “Sabah” “Levski” (Bolqarıstan), “Araz-Naxçıvan” isə “Omoniya” (Kipr) ilə qarşılaşacaq. (Offsideplus.az)
Comments are closed.