Azərbaycanda ekoloji kampaniya çərçivəsində 11-ci ayın 11-ci günündə 111 min ağac əkilib.
Rəcəb Tayyib Ərdoğanın “Gələcəyə nəfəs ol!” şüarı altında hər il noyabrın 11-də Türkiyədə keçirilən kütləvi ağacəkmə aksiyasına dəstək məqsədilə Azərbaycan növbəti dəfə qardaş ölkənin genişmiqyaslı kampaniyasına qoşulub.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə, tinglər Türkiyə ilə eyni vaxtda respublikanın müxtəlif bölgələrində, o cümlədən, Azərbaycanın erməni işğalından azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarında həyata keçirilib..
Türkiyənin Bakıdakı səfirliyinin müşaviri Barış Sayqın və diplomatik nümayəndəliyin kənd təsərrüfatı məsələləri üzrə müşaviri Hakan Kalenderin iştirakı ilə aksiya Bakının Xocasən kəndində də keçirilib.
İctimairey.az