Bakıda yeniyetmə cüdoçular arasında təşkil olunan Liqa yarışının II turu başa çatıb

Bakıda yeniyetmə cüdoçular (U-17) arasında təşkil olunan Liqa yarışının II turu başa çatıb.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilmiş turnirin sonuncu – üçüncü günündə daha 5 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib.

Yarışda 94 klub və idman cəmiyyətindən olan 816 idmançı (651 oğlan, 165 qız) iştirak edib.

Qeyd edək ki, cari ildə U-17 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.

Üçüncü gündə qeydə alınmış nəticələri təqdim edirik:

Oğlanlar

-81 kq
1. Polad Həsənli (Atilla İK)
2. Ömər Atayev (Judo Club 2012)
3. İsgəndər Abbasov (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
3. Hüseyn Səfərov (Judo Club 2012)

-90 kq
1. Nurəddin Əliyev (Bakı şəhəri 13 nömrəli RİOEUGİM PHŞ)
2. Emil Həşimov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
3. Tamerlan Əliyev (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
3. Saleh Rzayev (Bakı şəhəri 13 nömrəli RİOEUGİM PHŞ)

+90 kq
1. Ruslan Kazımov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
2. Sabir Bərxudarlı (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
3. Tahir Əfəndiyev (Judo Club 2012)
3. İdris Xanbalayev (Mərkəzi Ordu İK)

Qızlar

-48 kq
1. Şövkət Kərimova (Bakı şəhəri 10 nömrəli UGİM)
2. Ləman Adıgözəlova (RKİM)
3. Zəhra Quliyeva (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
3. Zəhra Feyzullayeva (Bakı şəhəri 13 nömrəli RİOEUGİM PHŞ)

-63 kq
1. Türkan Məmmədli (Qədiroğlu İK)
2. Leyla Məcidova (Bakı şəhəri 13 nömrəli RİOEUGİM PHŞ)
3. Pəri Məmmədli (Judo Club 2012)
3. Zilan Hüseynli (Bakı şəhəri 8 nömrəli RİOEUGİM PHŞ)

Comments are closed.

Tərcümə »