Bu gün səhər vaxtı Xəzər rayonunda bir ailə fəlakətlə üzləşib

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli 5 otaq və aynabənddən ibarət evin 2 otağının yanar konstruksiyaları 50 m² sahədə və dam örtüyü yanıb.

İctimairey.az-a FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İctimairey.az

Comments are closed.

Tərcümə »