Bu gün Macarıstanın Budapeşt şəhərində 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürür.
İctimairey.az xəbər verir ki, qitə çempionatının birinci günündə 4 cüdoçumuz mübarizə aparacaq:
Kişilərin yarışında Elçin Hüseynov (66 kq), David Alves Duarte (İspaniya) ilə üz-üzə gələcək.
Qadınların turnirində isə Aydan Vəliyeva (48 kq), Alina Sergeyeva (Rusiya), Ramilə Əliyeva Paulina Zlaşta (Polşa), Səbinə Əliyeva (52 kq), Aleksandra Paska (Rumıniya) ilə qarşılaşacaqlar.
Noyabrın 7-dək davam edəcək yarışda 38 ölkədən 300-ə yaxın cüdoçu iştirak edir. Azərbaycan komandası turnirdə 8 idmançı ilə təmsil olunur.
İctimairey.az