İranın Elit İnqilab Mühafizəçiləri ABŞ-ın Oman dənizində İslam Respublikasından neft “oğurlamaq” cəhdinin qarşısını alıblar.
İctimairey.az xəbər verir ki, İran dövlət televiziyası çərşənbə günü hadisənin bu yaxınlarda baş verdiyini bildirib.
Xəbər, Bəhreyndə yerləşən ABŞ-ın 5-ci Hərbi Dəniz Donanması hadisə ilə bağlı xəbərlər gördüyünü, lakin hazırda heç bir məlumat verə bilməyəcəyini bildirib.
İran dövlət televiziyası ABŞ qüvvələrinin Oman dənizində İran neft tankerinin qarşısını almaq üçün, helikopter və hərbi gəmilərdən istifadə etdiyini bildirib. İranın ingilisdilli televiziyası Press TV hadisədən sonra, tankerin İranın ərazi sularına qayıtdığını bildirib.
İran dəfələrlə ABŞ-ı Fars körfəzindəki hərbi əməliyyatları ilə bağlı xəbərdar edib və bildirib ki, Hərbi dəniz qüvvələri həmçinin İran gəmilərinin keçidini təmin etmək və yanacaq qaçaqmalçılığı ilə mübarizə aparmaq üçün patrulların sayını artırıb.
İctimairey.az