Fərid Şəfiyev İrana səfər edəcək

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəhbəri Fərid Şəfiyev İrana səfər edəcək.

O, bu barədə İranın xarici işlər nazirinin müavini, Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Səid Xətibzadə ilə Bakıda keçirilən tədbirdə məlumat verib.

Onun sözlərinə görə, İranla Azərbaycanın təmaslarının daimi olacağına inanır:

“Çünki iki ölkə arasında möhkəm əlaqələr var. Amma sirr deyil ki, vaxtaşırı problemlər də ortaya çıxır. Bundan çıxış yolu isə yaxşı qonşuluq siyasətinin olmasıdır”.

F.Şəfiyev bildirib ki, İran Prezidentinin Azərbaycana səfəri uğurlu oldu:

“İki dövlət arasındakı münasibətlər yeni mərhələyə keçir. Biz isə düşüncə mərkəzləri səviyyəsində müzakirələr keçirmək üçün bir araya gəlmişik. Həm iki ölkə arasında, həm də regiondakı münasibətləri və prosesləri müzakirə edəcəyik”.//Report.az

Comments are closed.

Tərcümə »