İlham Əliyev bu sənədi təsdiq etdi

Prezident İlham Əliyev Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Latviyanın Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumunu təsdiq edib. 

İctimai Rəy xəbər verir ki, sənəd bu il yanvarın 16-da Bakıda imzalayıb.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Latviya hökumətinə bildiriş göndərməlidir.

Comments are closed.

Tərcümə »