Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən gündən başlayan intensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması əməliyyatı həyata keçirilir
Müşfiqabad qəsəbəsindən şəhər istiqamətinə gələn yolda güclü leysan yağışı səbəbindən nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb.
Yağıntının intensivliyi nəticəsində yolun bəzi hissələrində su toplandığından avtomobillərin hərəkəti məhdudlaşıb.
Xüsusilə səhər saatlarında işə tələsən vətəndaşlar uzun tıxaclarla üzləşiblər.
Yolun 3 kilometrlik hissəsində gölməçələr əmələ gəlib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin və aidiyyəti qurumların texnikaları cəlb olunub. Hazırda suyun çəkilməsi və yolun təmizlənməsi istiqamətində işlər aparılır.
Sürücülərə zəruri olmadığı halda həmin istiqamətdən istifadə etməmək, hərəkətdə olarkən maksimum ehtiyatlı olmaq tövsiyə olunur. Həmçinin, aidiyyəti orqanlar vətəndaşlara hava şəraitini nəzərə alaraq əvvəlcədən alternativ yollar seçməyi məsləhət görürlər.
Qeyd edək ki, ölkə ərazisində son günlər havanın dəyişkən keçməsi və güclü yağıntılar bir sıra bölgələrdə də oxşar vəziyyətlərə səbəb olub. Sinoptiklərin məlumatına görə, yağışlı hava şəraiti yaxın günlərdə də davam edəcək.\\musavat\\
Comments are closed.