Prezident İlham Əliyev Türkiyə və İsraillə bağlı böyük oyunu pozdu: Bakı tərəfləri bir araya gətirdi – VİDEO
AzTV-də yayımlanan “Həftə” analitik-informasiya proqramında Rövşən Məmmədov Bakının tərəfləri necə bir araya gətirməsini belə şərh edib:
“Məlumdur ki, son zamanlar Yaxın Şərq hadisələri ilə bağlı Türkiyə və İsrail arasında yaranmış gərginlik bəzi dairələri məmnun edirdi. Onlar gərginliyin daha da böyüyəcəyini, hətta müharibə səviyyəsinə çatacağını gözləyirdilər. Lakin ABŞ prezidenti tərəflər arasında danışıqların aparılmasına dəstək verməklə həmin dairələrin planlarını faktiki, yarımçıq qoydu. Və Prezident İlham Əliyevin forumdakı çıxışından aydın oldu ki, Azərbaycan da artıq 2-ci dəfə Türkiyə və İsrail dialoqunda vasitəçi funksiyasını üzərinə götürüb. Başqa sözlə, bir zaman Rusiya ilə Türkiyə arasında gərginliyin danışıqlar yolu ilə həllində mühüm rol oynayan Azərbaycan, konkret Prezident İlham Əliyev bu dəfə Türkiyə və İsrail arasında gərginliyin aradan qaldırılmasında mühüm missiyanı uğurla yerinə yetirdi. Belə ki, artıq ilkin nəticələr də var və məhz buna görə də İsrailin baş naziri Benyamin Netanyahu ölkəmizdə Türkiyə tərəfi ilə birbaşa danışıqların təşkilinə yaradılan şəraitə görə dövlət başçımıza minnətdarlıq bildirdi.
Bəli, neçə illərdir ki, “barıt çəlləyi”nə çevrilən Yaxın Şərq heç bir şəkildə ölüm, dağıntı, terror, müharibə mərhələsini geridə buraxaraq sabitlik dövrünə qədəm qoya bilmir. Qəzzada baş verənlər sözün əsl mənasında, “insanlıq dramıdır” və riyakar Qərb bu problemin real həlli üçün addımlar atmır. Ancaq indi müəyyən ümidlər yaranır ki, bu bölgədə proqressiv dəyişikliklər olacaq. Azərbaycanın da bu müsbət auranın yaradılmasına verdiyi dəstək ölkəmizin növbəti humanist təşəbbüsü və beynəlxalq sülhə töhfəsidir”.
Comments are closed.