İran ordusunun ermənilərlə birgə hərbi təliminin bölgədə sülhə və təhlükəsizliyə xidmət etməsi tamamilə absurddur
İranın Ermənistanla birgə aprelin 9-10-da hərbi təlimlər keçirməsi hələ də gündəmin ən çox müzakirə edilməkdə olan mövzularından biri olaraq qalır. SEPAH-ın Quru Qoşunları komandanının müavini Vəliulla Mədəni İran və Ermənistan arasında sərhədyanı bölgədə keçirilən hərbi təlimlərin təhlükəsiz olduğunu desə də və bu təlimlərin sərhəd təhlükəsizliyini gücləndirmək, İranın qonşu ölkələrin ərazi bütövlüyünü qorumaq məqsədi güddüyünü bildirsə də, lakin əsl həqiqətdə isə bu təlimin ilk növbədə Azərbaycana qarşı yönəldiyi gün kimi aydındır.
Bu həqiqəti dünya mediası da, elə ermənilərin özləri də təsdiqləyir. Belə ki, ABŞ-ın uzunmüddətli münaqişə və müharibələri araşdıran hərbi jurnalı “Long War Journal”ın məlumatında İran-Ermənistan birgə hərbi təliminin Azərbaycana qarşı nəzərdə tutulduğu qeyd olunub. Ermənistanın hərbi eksperti Karen Hovhannisyan isə İran- Ermənistan arasındakı sözügedən hərbi təlimlərin Azərbaycana ünvanlanmış çox mühüm mesaj olduğunu vurğulayıb. Bu da bir daha onu göstərir ki, fars-molla rejimi Azərbaycan-Ermənistan gərginliyində İrəvanı dəstəkləməyə davam edir. Bu mənada, SEPAH rəsmisinin İran ordusunun ermənilərlə birgə keçirdiyi hərbi təlimlərin bölgədə sülhə və təhlükəsizliyə xidmət etdiyini iddia etməsi tamamilə absurddur.
Bu hərbi təlimlərin İran zabitinin xaçpərəst erməni əsgərlərinə xitabən, “Ya Fatimeyi-Zəhra”, deyə mikrofonda şüar səsləndirməsi ilə başlanması isə özünə “İslam Cümhuriyyəti” deyən dövlət və onun yetkililəri üçün əsl rüsvayçılıqdır. Bununla da İranın bütün maskaları yırtıldı. İranın apardığı bu çirkin erməni yönlü siyasət təkcə Azərbaycana qarşı yox, əslində, bütün müsəlman dünyasına qarşı yönəlib. Görünən budur ki, molla rejimi üçün heç bir müqəddəs dəyər yoxdur.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.