Xankəndidə konfrans keçirildi – FOTOLAR

Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar ölkəmizdə silsilə tədbirlər həyata keçirilir. 

İctimai Rəy xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, bu çərçivədə, aprelin 14-də Baş Prokurorluq və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans keçirilib.

Konfrans zamanı çıxış edən baş prokuror Kamran Əliyev, elm və təhsil naziri Emin Əmrullayev, dövlət rəsmiləri, hüquqşünaslar, ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatları və medianın nümayəndələri, eləcə də gənc tədqiqatçılar iştirak edir.





Comments are closed.

Tərcümə »