Yaponiyanın “TET İnternational Development” şirkəti ilə aparılan belə görüşlər nəticəsində ölkəmizin aqrar sektoruna 10 milyon dollar investisiya yatırılıb, daha 40 milyon dollar investisiyanın yatırımı gözlənilir.
İctimairey.az xəbər verir ki, bunu İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bildirib.
O qeyd edib ki, Qarabağın və Şərqi Zəngəzurun sənaye potensialının canlanması həm qeyri-neft sektoruna yeni böyük investisiyalar cəlb etmək, həm də ölkə daxilində səmərəli istehsal zənciri yaratmaq üçün güclü bir stimul olacaq.
İctimairey.az