Böyük Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin edib.
Musavat.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin “X” hesabında paylaşım edilib.
Qeyd edilib ki, müdafiə attaşe kimi leytenant Gevin Tarbard təyin edilib.
“Onun Azərbaycana gəlişini məmnuniyyətlə elan edirik. Bu tarixi mərhələ Böyük Britaniya-Azərbaycan tərəfdaşlığının artan gücünü əks etdirir. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirəcək”, – deyə paylaşımda qeyd olunub.
Comments are closed.