Şəhid Rəşad Əliyev: İnşaallah Şusa alınsın, namazımızı Şuşa da qılaq (FOTO)

0

Salyan rayonunda Naxçıvan xüsusi təyinatlıların kəşfiyyat komandiri şəhid Rəsad Əmralı oğlu Əliyevin anım günü qeyd olunub.

Şəhidimizin anım mərasimi Rəşadın dünyaya göz açdığı Salyan rayon Ərəbqarbaşbəyli kəndində keçirildi. Mərasimə Salyan Rİ başçısı Sevindik Hətəmov, Hüquq mühafizə orqanlarının rəhbərləri, Qarabaq əlillərininə Qayğı İctimai Birliyinin şədr müavini, Millət Vəkilləri Jalə Əhmədovanın və Millət vəkili Fəzail Ağamalının köməkçiləri, mediya nümayəndələri və digər rayonlardan qonaqlar qatılmışdı.

Şəhidimizin kəndin girişində inşa edilmiş xatirə abidəsinin qarşısında Salyan RİH Başçısı Vətən müharibəsində həlak olmuş Salyanını 59 şəhidinin hər birinin igidliyini xüsusi qeyd etdi və onlara Allahdan Rəhmət dilədi.

Gunun ikinci yarısında Şəhidlərin xatirəsinə inşa edilmiş Bulaq abidəsinin açılışı oldu. Şəhidimizin anım gününü tədbirə toplanan insanlara kövrəldən məqamlardan bir də, Rəşadın iki əsgərinin bulaq kompleksi qarşısında çıxışlar oldu: – “Rəsad bizə komandir yox, qardaş olub. Rəşad yaralı əskərini xilas edərkən şəhadətə ucaldı”.

Bulaq kompleksi qarşısında şəhidimizin həyat yoldaşı Mövlanə xanım Rəşadın son sözlərini bir ömür boyu unutmayacaqını mərasim iştirakçılarına xatırlatdı. İndi Mövlanə xanım Rəşadın iki gül balasına həm ana, həm də ata olacağını qeyd etdi.

Tədbirin sonunda şəhidimizin məzarı ziyarət olundu. Səhidimiz üçün ehsan süfrəsi açıldı və ruhuna Yasin oxundu.

Allah rəhmət eləsin.

Fuad QƏHRƏMANOV.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »