Mütəxəssislər yuxuları beynimizin sirli dünyasına açılan pəncərə kimi qiymətləndirirlər.
Stress və kabuslar
Gündəlik həyatda yaşanan emosional sıxlıq, stress və narahatlıq gecə yuxularımıza təsir edir. Kabuslar əsasən şüuraltı qorxuların, travmaların əksidir və stress dövründə daha çox müşahidə edilir. Təkrarlanan yuxular həll olunmamış psixoloji problemlərin göstəricisidir.
Yuxuların xatırlanması və yönləndirilməsi
Bəzi insanlar yuxularını daha yaxşı xatırlayır, xüsusilə REM yuxusundan dərhal sonra oyananlar. Prefrontal korteksin aşağı aktivliyi səbəbindən yuxular tez unudulur. “Lucid” yuxular zamanı isə insan yuxu gördüyünün fərqində olur və müəyyən qədər yuxunun gedişatını idarə edə bilir.
REM yuxusu nədir?
REM (Rapid Eye Movement – Sürətli Göz Hərəkətləri) yuxusu yuxunun ən dərin və aktiv mərhələsidir. Bu mərhələdə beynimiz yüksək aktivlik göstərir, gözlər sürətlə hərəkət edir, ürək döyüntüsü və tənəffüs sürətlənir. REM yuxusu zamanı insanlar daha canlı, emosional və hekayəvari yuxular görürlər.
Bu mərhələ yuxu dövrü ərzində bir neçə dəfə təkrarlanır və adətən yuxunun ikinci yarısında daha uzun olur. REM yuxusu yaddaşın möhkəmlənməsinə, emosional tənzimlənməyə və öyrənmə prosesinə kömək edir. Bu səbəbdən REM yuxusunun kəsilməsi yaddaş zəifliyinə, diqqət problemlərinə və emosional balanssızlığa səbəb ola bilər.//E-saglam.az
Comments are closed.