İki mərtəbəli qoşqusu olan yük avtomobili qəfildən alışıb yandı.
İctimai Rəy Xəzər TV-yə istinadən bildirir ki, hadisə ötən gecə Bakı-Quba ödənişli avtomobil yolunun 95-ci kilometrliyində baş verib.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və qoşquda olan digər 3 avtomobil yanğından mühafizə olunub.
Belə hadisələr tez-tez olmasa da baş verir. Bəs bu zaman dəymiş zərər ödənilirmi?
Xaricdən avtomobil daşıma ilə məşğul olan Əli Əliyev onu da əlavə etdi ki, hətta birinci əl avtomobildə hansısa nasazlıq olsa belə şirkətlər onun da xərcini qarşılayır.
O ki, qaldı hadisə zamanı bir neçə avtomobilin yanması və yaxud da əzilməsinə, həmin şəxslərə dəymiş zərər tam məbləğdə ödənilir.
Daha ətraflı videomaterialı təqdim edirik.
Comments are closed.