Narkotik dövriyyəsinə görə 2 nəfər HƏBS EDİLDİ

Biləsuvar rayonundakı Cəbrayıl şəhərciyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçirilib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli bilinən Fərrux Cahangirov və Gilənar Quliyeva saxlanılıblar. Onlardan 3 kiloqramdan artıq marixuana və tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Comments are closed.

Tərcümə »