Ölkəmizdə rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud fevralın 12-də Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
İctimai Rəy xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.
![](https://cdn.musavat.com/news/images/NewFolder%203/67ac861593b0467ac861593b05173935976567ac861593b0267ac861593b03.jpg)
![](https://cdn.musavat.com/news/images/NewFolder%203/67ac861584f0167ac861584f02173935976567ac861584eff67ac861584f00.jpg)
Comments are closed.