İlham Əliyev bu əsasnaməni təsdiqlədi

“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə təsdiqlənib.

İctimai Rəy xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Məqsəd qida təhlükəsizliyi sahəsində şəffaflığı və hesabatlılığı, idarəetmə sisteminin təkmilləşdirilməsini, dövlət nəzarətinin gücləndirilməsini və görülən işlərin səmərəliliyinin artırılmasını təmin etməkdir.

Fərmanla Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sistemin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görəcək.

Comments are closed.

Tərcümə »