Dünyada davam edən iqtisadi-maliyyə çətinliklərinə baxmayaraq, dövlətimizin başçısının birbaşa diqqəti sayəsində ölkəmizdə çox mühüm sosial infrastruktur layihələri uğurla və ardıcıl şəkildə icra olunur. Bu layihələr arasında respublikanın bütün şəhər və rayonlarının, o cümlədən paytaxtın elektrik təsərrüfatının müasirləşdirilməsi istiqamətində həyata keçirilən silsilə və kompleks yenidənqurma tədbirlərinin xüsusi əhəmiyyəti var.
Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən bu layihələr, ilk növbədə, insanların sosial rifah halının daha da yaxşılaşdırılmasına, onların rahatlığının təmin edilməsinə, sosial məsələlərinin həllinə yönəlib. Bu, eyni zamanda, elektrik enerjisinə tələbatın ödənilməsi, elektrik şəbəkələrində yüklənmələrin azalması, texniki itkilərin minimuma endirilməsi baxımından da çox önəmlidir.
“Azərişıq” ASC ölkənin bütün regionlarında apardığı tikinti, yenidənqurma, bərpa işlərini Mərkəzi-Aran regionunda da davam etdirir. Daha dəqiqi Mərkəzi-Aran Regional Elektrik Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisindəki istismar müddətini başa vurmuş elektrik şəbəkələr yenidən qurulur. Texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, kənd təsərrüfatı, sənaye və digər inkişafda olan iqtisadi obyektlərin, o cümlədən əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün 2018-ci ilin birinci rübündə ciddi işlər görülüb və hazırda da görülməkdədir.
Son illər dünyada baş verən qlobal istiləşmə, təbiətdə anormal hava şəraitinin əməllə gəlməsinə səbəb olmuşdur. Belə ki, təbiətdə baş verən qeyri adi havaların iqtisadiyyatının bir çox sahələrinə mənfi təsiri, energetiklərin də işinə yetərincə maneçılik törədir. Payız fəslinin gəlisi, havaların soyuması və əvvəlki illərlə müqayisədə küləyin güclü olması istismar müddətini başa vurmuş İşıq dirəklərinin aşmasına səbəb olur. Buna baxmayaraq, aşmış dirəklərinin yenilənməsi işi Salyan rayonunda müntəzəm həyatda keçirilir.
Azərisıq ASC-nin Salyan rayon Elektirik Şəbəkəsi də bu əsnada üzərinə düşən vəzifəni layiqincə həyata keçirir. İdarənin mühəndisi Mehman Əskərov uzun illərdir ki, yuxarıda adı hallanan şəbəkədə çalışır. İşinin mütəxəssisi olan M. Əsgərov baş verən qəzaların aradan qaldırılması və əhalinin fasiləsiz işıqla təminatına daima nəzarət edir. İşinin peşəkarı olan Mühəndis Mehman Əskərov dan həm işlədiyi kollektiv, həm də rayon əhalisi tam razıdır. Azərişıq ASC-nin sədri Vüqar Əhmədova başda olmaqla, idarənin bütün kollektivinə Salyan rayon əhalisi adından təşəkkürümüzü bildiririk.
Fuad QƏHRƏMANOV İctimairey.az