Axşam yeməyindən sonra şirniyyat yemək iştahlı olsa da, bunun orqanizminizə təsirini heç düşünmüsünüz? Cəmi iki həftə şəkəri rasionunuzdan çıxarmaq sağlamlığınıza əhəmiyyətli dərəcədə müsbət dəyişikliklər verə bilər. Şəkərdən imtina etmək enerji səviyyəsini artırmaqdan tutmuş dəri sağlamlığını yaxşılaşdırmağa qədər bədəninizdə gözlənilməz dəyişikliklər yaradacaq.
Qastroenteroloq Dr. Saurabh Sethi bildirir ki, şəkəri kəsmək orqanizmdə mühüm dəyişikliklərə səbəb ola bilər. O, sosial media paylaşımında “Bir qastroenteroloq və hepatoloq kimi pasiyentlərimin rasionlarından şəkəri çıxardıqdan sonra ciddi dəyişikliklər yaşadığını müşahidə etmişəm. Cəmi 14 gün ərzində qaraciyər və bağırsaq sağlamlığı əhəmiyyətli dərəcədə yaxşılaşır,”- deyə qeyd edib.
Mütəxəssisə görə iki həftə ərzində şəkəri kəsmək üzünüzün daha təbii formasına qayıtmasına səbəb olacaq. “Sadəcə iki həftə ərzində şəkəri kəssəniz, üzünüzün əvvəlkindən daha təbii formasına döndüyünü görəcəksiniz,” deyə həkim bildirir.
Bundan əlavə, göz ətrafındakı şişkinlik və maye yığılması da azalacaq. “Göz altındakı şişkinlik nəzərəçarpacaq dərəcədə azalacaq,”- deyə o əlavə edir.
Əgər çəki atmaq istəyirsinizsə şəkəri kəsmək möcüzəvi nəticələr verə bilər. Bir çox insan üçün arıqlamaq mümkün olsa da, inadkar qarın piylərindən qurtulmaq çətin olur. Lakin mütəxəssis hesab edir ki, şəkəri kəsmək bunun üçün ən düzgün üsuldur. “Qaraciyərinizdəki yağ azaldıqca qarın bölgəsində də incəlmə müşahidə olunacaq. Bundan əlavə, şəkəri kəsmək sağlam bağırsaq mikroflorasının bərpasına kömək edərək həzm sisteminizi gücləndirir,”- deyə Dr. Sethi vurğulayır.
Şəkəri 14 gün ərzində həyatınızdan çıxarmaq sızanaq və qızartılarla mübarizə aparanlar üçün də faydalı ola bilər. Çünki şəkəri azaltmaq dərinin təmizlənməsinə və daha sağlam görünməsinə kömək edir. “Əgər sızanaq və ya qızartılarınız varsa, dəriniz daha sağlam və parlaq görünməlidir,” deyə o qeyd edir.
Həddindən artıq şəkər qəbulu ümumi sağlamlığa mənfi təsir göstərə bilər. Yüksək qan təzyiqi, iltihablanma və zəif ürək sağlamlığı ilə əlaqələndirilir. Amerika Ürək Assosiasiyasına görə, şəkər istehlakına sərt məhdudiyyət qoyulmalıdır: qadınlar üçün gündə 25 qram, kişilər üçün isə 36 qramdan çox olmamalıdır./Milli.az/
Comments are closed.