İspaniyanın Baş naziri Pedro Sançes: Fahişəlik cinayət hesab ediləcək!

0

İspaniyanın Baş naziri Pedro Sançes ölkədə fahişəliyi qadağan edəcəyinə və bunu cinayət sayacağına söz verib. Bu barədə BBC News məlumat yayıb.
Valensiyada üç gün davam edən Sosialist Partiyasının qurultayında, tərəfdarları qarşısında danışan Sançez, bu tətbiqin “qadınları əsarət altına aldığını” söyləyibdi.
Bu sahədə çalışan insanların təhlükəsizliyini qorumaq üçün, İspaniyada fahişəlik 1995 -ci ildə cinayət məsuliyyətindən azad edilib. Bununla birlikdə, seks işçisi ilə potensial müştəri arasında sutenerlik və ya vasitəçilik qanunsuz hesab olunub. Hazırda İspaniyada təxminən 300.000 fahişənin işlədiyi təxmin edilir. Üstəlik, bəziləri, polisin hesablamalarına görə, cinsi köləlikdədir.

İspaniya Sosialist İşçi Partiyası 2019 -cu il seçki manifestinə Fahişəlik qadağası təşəbbüsünü əlavə etmişdi, lakin o vaxtdan bəri bu istiqamətdə heç bir iş görülməmişdir.
Qeyd olunur ki, o zaman çoxları bunu partiyanın qadınlar arasında populyarlığını artırmaq üçün, bir yol hesab edirdi. Seks ticarətini öyrənən ispan jurnalist Cesar Jaraya görə, seks ticarəti İspaniyada gündə 7-8 milyon avro gəlir gətirərək, ölkəni Almaniyadan sonra, Avropanın ikinci ən böyük fahişəlik bazarı və “beynəlxalq mafiya üçün sığınacaq” halına gətirib”.
2019 -cu ildə Sosialist Partiyası, seçki manifestində daha çox qadın seçicini cəlb etmək üçün, fahişəliyin qanundan kənar olacağına söz vermişdi.
Qeyd edək ki, sentyabrın sonlarında, İspaniyada qeyri-kommersiya təşkilatı Nueva Vida tərəfindən fahişəlik əleyhinə ictimai xidmət reklamı ilə əlaqədar qalmaqal baş verdi. Rus qızlarının adı və qiymətləri yazılmış “menyu”nu əks etdirən plakatlar, rus diasporunu qəzəbləndirdi. Rusiyanın ölkədəki səfirliyi bu hərəkəti qəbuledilməz adlandırdı. İspan şirkəti daha sonra üzr istəyib.
İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »