Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Ukraynanın xarici işlər naziri Andrii Sıbihanın iştirakı ilə Ukrayna Xarici İşlər Nazirliyinin parkında yerləşən Ukraynanın Həlak olmuş Müdafiəçilərinin Xatirə Memorialını ziyarət edib.
İctimai Rəy xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, XİN başçısı abidə önünə əklil qoyaraq onların xatirəsini ehtiramla yad edib.
Comments are closed.