ABŞ TRIPP-lə bağlı İrəvana nümayəndə heyəti GÖNDƏRDİ

TRIPP layihəsini müzakirə etmək məqsədilə ABŞ nümayəndə heyəti İrəvana gəlib.

Musavat.com xəbər verir ki, Ermənistan baş nazirinin müavini Mher Qriqoryan ABŞ Dövlət Departamenti və Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) nümayəndələrini qəbul edib.

Görüş zamanı tərəflər layihənin icrası ilə bağlı məsələləri, həmçinin rəsmi İrəvanın irəli sürdüyü “Sülh kəsişməsi” təşəbbüsünü və regionda kommunikasiyaların açılması perspektivlərini geniş müzakirə ediblər.

Səfər çərçivəsində regional əməkdaşlıq imkanlarının və iqtisadi layihələrin dəstəklənməsinin vacibliyi vurğulanıb.

Comments are closed.

Tərcümə »