ABŞ yaxın günlərdə İrana qarşı hərbi əməliyyatı bərpa edə bilər – Axios

Danışıqlar prosesində irəliləyiş olmazsa, ABŞ administrasiyası yaxın günlərdə İrana qarşı hərbi əməliyyatları bərpa edə bilər.

Musavat.com xəbər verir ki, məlumatı Axios öz mənbələrinə istinadən yayıb.

Nəşrin məlumatına görə, dünən ABŞ prezidenti Donald Tramp Ağ Evdə Hörmüz boğazındakı son gərginləşmə və İranla danışıqları müzakirə etmək üçün görüş keçirib. ABŞ-ın yüksək vəzifəli rəsmisi portala bildirib ki, Vaşinqton və Tehran arasında danışıqlarda irəliləyiş olmasa, “yaxın günlərdə müharibə yenidən başlaya bilər”.

Vizual Otaqda keçirilən görüşdə vitse-prezident J.D.Vens, müdafiə naziri Pit Heqset, dövlət katibi Marko Rubio, maliyyə naziri Scktt Bessent, prezidentin xüsusi elçisi Stiv Vitkoff, Ağ Evin aparat rəhbəri Syuzan Viles, Mərkəzi Kəşfiyyat direktoru Con Ratkliff  və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn iştirak edib.

Comments are closed.

Tərcümə »