Sağalmaz xroniki zəifləmə xəstəliyi, həmçinin “zombi maral” xəstəliyi, növlərarası keçid istiqamətində artıq ilk addımlarını atıb.
Bu barədə rusiyalı mütəxəssi Albert Rizvanov məlumat verib.
O qeyd edib ki, bu, viral xəstəlik deyil.
“Başqa prion xəstəlikləri əvvəllər heyvanlardan insanlara keçdiyi üçün nəzəri olaraq belə bir ehtimal mövcuddur. İndi sübut edilmişdir ki, vəhşi donuzlar xəstə maralların cəsədlərini yeməklə yoluxa bilər. Ekspertin sözlərinə görə, hələlik insanların bu xəstəliyə yoluxması halı qeydə alınmayıb”.
Onun sözlərinə görə, ovçuların heyvan prionlarına yoluxması halları olub./BAKU.WS
Comments are closed.