Azərbaycanın basketbol millisi Ermənistanı məğlub edib

0

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda ilk matçına çıxıb.

“Report”un məlumatına görə, Evren Alkayanın baş məşqçisi olduğu yığma Ermənistan komandası ilə üz-üzə gəlib.

Cəbəllütariqdə gerçəkləşən qarşılaşma millimizin qələbəsi ilə bitib – 86:59.

U-16 növbəti oyununu iyulun 10-da Gürcüstan, 11-də isə Kipr kollektivlərinə qarşı keçirəcək

Leave A Reply

Your email address will not be published.

Tərcümə »