Dünya çempionatı: Elcan Hacıyev və Vüqar Talıbov mübarizəni dayandırıb

0

BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Mundialın dördüncü günündə 3 çəkidə mükafatçılar bəlli olacaq.

Kişilər 90 kq, qadınlar 70 kq və 78 kq çəkidə mübarizə aparır. Azərbaycan millisinin iki cüdoçusu tatamiyə çıxıb. Onlar yarışla erkən vidalaşıblar.

Kişilər
90 kq

Elcan Hacıyev Eduard Trippellə (Almaniya) qarşılaşıb. Rəqibini məğlub edən cüdoçumuz 1/16 finalda Rafael Makedo (Braziliya) ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb.

Vüqar Talıbov startda Con Ceynlə (ABŞ) güləşib. Qələbə qazanan cüdoçumuz 1/16 finalda italiyalı Kristian Parlati ilə gücünü yoxlayıb və məğlubiyyətə üzülüb.

Qeyd edək ki, millimiz Abu-Dabidəki yarışın ilk üç günündə bir qızıl medal qazanıb. Hidayət Heydərov 73 kq çəkidə dünya çempionu olub.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »