Bakıda 73 yaşlı kişi özünü asaraq intihar etdi

0

Yasamalda 73 yaşlı kişi özünü asaraq intihar edib.

Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 1951-ci il təvəllüdlü Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 52 ünvanında yaşayan Məhərrəm Hüseyn oğlu Məhərrəmov 07.05.2024-cü il tarixdə saat 16 radələrində yaşadığı evin həyətyanı sahəsinin döşəməsindən üç metr hündürlükdə olan dəmir boruya bərkitdiyi elektrik naqili ilə özünü asaraq intihar edib. İlkin ehtimallara görə uzun müddətdir maddi imkansızlıqdan əziyyət çəkməsi səbəbindən son zamanlar özünə qapanıb və intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »