Erməni polisi Tovuzqalada “Halqa” əməliyyatı keçirir – ŞOK

0

Hazırda Kiratsda polis “Halqa” əməliyyatı keçirir.

İctimairey.az-ın məlumatına görə, bu barədə Ermənistan fraksiyasından olan deputat Qarnik Danielyan öz Facebook səhifəsində yazıb.

“Polis kəndin girişlərini bağlayıb. Çoxlu sayda polis kəndə axışıb. Minatəmizləmə əməliyyatlarına mane olan kənd kişiləri vəhşicəsinə saxlanılıb. Həbs olunanlar arasında azyaşlılar da var. Hazırda mən İcevan polis şöbəsindəyəm, orada iyirmidən çox vətəndaş saxlanılır”, – o yazıb.

Erməni mediası yazır ki, Kirants kəndində vəziyyət gərgindir. Əraziyə çoxlu sayda polis cəlb edilib. Kənd sakinləri insanların zorla saxlanıldığını iddia edirlər.(musavat.com)

Leave A Reply

Your email address will not be published.

Tərcümə »