Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

0

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin aradan qaldırılmasına razılıq verib.

İctimai Rəy xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »